2014 –cü ildə təsis olunan WediaCorp Türkiyədə fəaliyyət göstərən YouTube sertifikatına sahib olan şirkətlərin siyahısında Multi Channel Network statusu altında yer tutan, kontent sahiblərini digitalda və YouTube üzərində təmsil edən ilk və yeganə Türk Multi Channel Network-dur.
YouTube, Google və Daily Motion-un rəsmi iş ortağı olan WediaCorp rəqəmsal dəyişiklik və tələbatların dəyişdirilməsi ilə birlikdə, əmtəə nişanlarının bütün sosial şəbəkələrinə yönəlmiş 360 dərəcə xidmət göstərən bir rəqəmsal strategiya agentliyi olaraq xidmət göstərir.
Çoxluğun inkişaf etdirilməsi, kanalın idarə olunması, video hüququ və məzmunlarının təhlükəsizliyi ilə əlaqədar bir çox sahədə xidmət göstərən WediaCorp, 5 ədəd kontent (saytın informasiya məzmunu) idarəçiliyinə sahibdir. Wediacorp, FSF Media Network, Wediacorp Azerbaijan, Wediacorp Music, WediaCorp International adlı bu kontent idarəetmə sistemləri ilə əmtəə nişanlarının digitalda olan ən böyük köməkçisidir.
Beş fərqli kontent idarəetmə sistemində ayrı –ayrı peşəkarlıq tələb edən sektora professional xidmət göstərməyə davam edir.
Korporativ şirkətlərlə köklü əlaqəsi olan və əməkdaşlıq edən WediaCorp sektorda olan bir çox əmtəə nişanı və qurumlar sahəsində olan ən mükəmməl əmtəə nişanlarına xidmət göstərir.
Türkiyənin ən çox sevilən film və serial məzmunlarının YouTube-də izləyicilərə servisini təmin edən, rəqəmsal platformalarda yayımlanan kontentləri 90 %-ə çatan qoruma gücü ilə üçüncü tərəflərin paylaşmalarında maneə yaradan WediaCorp bu mövzuda yayım şirkətlərinin ən böyük partnyorudur.
Türkiyənin ilk rəqəmsal musiqi istehsalçısı olan WediaCorp bütün musiqi kontentini rəqəmsal platformalarda qoruyarkən, albom və fərdi layihələrini WediaCorp Music etiketi ilə yayımlayır. Turkcell Fizy, Spotify, TTNET Musiqi, Deezer başda olmaqla bütün dünyada olan rəqəmsal marketlərə bu əsərlərin paylanmasını həyata keçirir.
2016 –cı ildə Bakı şəhərində ofis açaraq, Türkiyə xaricində də genişlənməyə davam edən WediaCorp əhəmiyyətli prodüssor və sənətkarları ilə işləyir.
Türkiyədə YouTube-in inkişaf etdirilməsi üçün korporativ şirkətlərlə birlikdə, fərdi kontent yaradıcılarını da dəstəkləyən WediaCorp Türkiyənin ən aktiv kontent istehsalçıları YouTuberlər ilə işləyir.
Texniki xidmətləri ilə bərabər partnyorları ilə əlaqə yaradılmasına əhəmiyyət verən WediaCorp aktiv bir şəkildə sosial fəaliyyətləri həyata keçirir.