Wediacorp Azərbaycan yeni ofisini Şəbnəm Tovuzlu, Bahar Lətifqızı, Kamil bəy, Novruz usta, Sura İskəndərli, Lil Orxan, Arzu Qarabağlı, Ruslan Səfəroğlu, Əli Pormehr, Aqşin Fateh, Samira Efendi, Nazlı Rzayeva, Nuru Xəlil, Arb televizyasından Ramin bəy, Motivator Azərbaycan kanalından Rüfət və Natiq bəylər, Bu Şəhərdə kanalından Müşviq bəy və bir çox dəyərli partnyorlarla möhtəşəm açılış etdi.
Azərbaycanda təxminən beş il fəaliyyət göstərən Wediacorp şirkəti, xüsusilə də YouTube; Google, Facebook və Dailymotion platformalarında əməkdaşlıq xidmətinə əlavə olaraq; Eyni zamanda məzmun qorunması, reklam, rəqəmsal marketinq, musiqi istehsalı və paylanması sahəsində xidmətlər göstərir.
Xüsusiylə Azərbaycan musiqi bazarına qazandırdığı uğurlarıyla Wediacorp; YouTube Music, Apple Music, Spotify və Deezer kimi beynəlxalq musiqi tətbiqlərinin rəsmi ortağı olaraq, dünyadakı rəqəmsallarda sənətçilərin bütün ehtiyaclarını böyük peşəkarlıqla idarə edir.
Rəqəmsal strategiya agentliyi anlayışını bütün səlahiyyətləri ilə idarə edən Wediacorp, bütün vizual və səsli məzmunun doğru strategiyalarla həyata keçirilməsini təmin etmək üçün səlahiyyətli və peşəkar bir komanda ilə işləyir. Doğru strategiyalarla tərəfdaşlarının böyüməsini təmin edən şirkət, rəqəmsal dövrün tələblərinə cavab vermək üçün bütün sistemini yeniləyərək yeni ofisinə köçmüşdür.
Mətbuatın böyük maraq göstərdiyi açılışda Azərbaycanın dəyərli sənətçiləri Wediacorp tərəfindən göstərilən xidmətdən çox məmnun olduqlarını ifadə etdilər. Qurucumuz Funda Şən, Azərbaycan bazarının böyük bir potensiala sahib olduğunu və paylaşdıqları müddətdə əldə etdikləri bu müvəffəqiyyətin artacağını ifadə etdi.