BİZ KİMİK?

WediaCorp Türkiyədə fəaliyyət göstərən bir şirkətdir və məzmun sahiblərini YouTube və digər rəqəmsal platformalarda təmsil edən YouTube xidmət təminatçıları arasında yer alan Türkiyənin ilk çoxkanallı şəbəkəsidir. Şirkət 2014-cü ildə təsis edilib.

Əvvəlcə şirkət YouTube, Google, Dailymotion, Facebook-un rəsmi tərəfdaşı olub. Daha sonra rəqəmsal transformasiya və yeni tələblərə əsasən, o bütün sosial media platformaları üçün 360 dərəcə məlumatlara əsaslanaraq xidmətlər göstərən peşəkar rəqəmsal strategiya agentliyinə çevrildi.

Hazırda WediaCorp YouTube kanalının idarə edilməsi, videoları lisenziyalaşdırma, rəqəmsal reputasiyanın idarə edilməsi, sosial medianın idarə edilməsi, reklamın planlaşdırılması və məzmun təhlükəsizliyi kimi sahələrdə müxtəlif xidmətlər təklif edir. Şirkətimiz hər biri müxtəlif sektorlarda ixtisaslaşmış altı məzmun idarəetmə sisteminə malik olduğundan müxtəlif kontent yaradıcılarının ehtiyaclarına uyğunlaşdırılmış peşəkar xidmətlər təklif etmə bacarığına malikdir.

Türkiyənin ilk rəqəmsal musiqi istehsalçısı olan WediaCorp rəqəmsal platformalardakı bütün musiqi məzmununu lisenziyalaşdırır və WediaCorp Music brendi altında albom və sinqlları buraxaraq, onları Spotify, YouTube Music, Fizy və Deezer daxil olmaqla, dünya üzrə müxtəlif rəqəmsal platformalarda yayımını təşkil edir.

Türkiyənin hüdudlarından kənarda genişlənən WediaCorp-un 2016-cı ildə Azərbaycan ofisi fəaliyyətə başlayıb. Hazırda şirkət beynəlxalq miqyasda böyüməkdədir. Biz Azərbaycanın ARB TV, CBC Sports və Xəzər TV kimi reytinqli televiziya kanalları, tanınmış prodüserləri və sənətçiləri ilə əməkdaşlıq edirik.

Hindistan, İran, Vyetnam və Albaniyada nümayəndəliklərin fəaliyyətə başlaması ilə 2019-cu ildə şirkət holdinqə çevrildi. Holdinq altı fərqli istiqamət üzrə müxtəlif domenlərdə xidmətlər göstərir : Wedia Digital, Wedia Music, Wedia Entertainment, Wedia Edu, Wedia Soft və Wedia Production.
2020-ci ildə pandemiya zamanı kinoteatrların fəaliyyətinin dayandırması zamanı WediaCorp tanınmış kinorejissor Müfit Can Saçıntının rejissorluğu ilə “Maskeler de Düşer” adlı YouTube-da ilk eksklüziv türk filminin təqdimatını keçirtdi. Şirkət YouTube üzərindən həmin film üçün onlayn Qala təşkil etdi və bu layihəyə görə YouTube-un baş direktorundan xüsusi təşəkkür aldı. Film “YouTube Korporativ Günü”ndə dünya üzrə bütün tərəfdaşlara təqdim olundu.

2021-ci ildə minlərlə film, serial və sənədli məzmuna ev sahibliyi edən WediaCorp-un törəmə şirkəti Wedia Entertainment yaradıldı. Wedia Entertainment Kann, Berlin, Natpe kimi beynəlxalq film festivallarında iştirak edir və Türkiyənin böyük film yayım şirkətləri ilə əməkdaşlıq çərçivəsində ölkə daxilində və beynəlxalq səviyyədə filmlərin alışı, yayımı və marketinq xidmətlərini həyata keçirir.

Wedia Entertainment tərəfindən yayımlanan filmlərdən biri də Bryus Uillisin kinoteatrlarda nümayiş olunan son filmi “Assassin Hayalet Suikastçı” (ASSASSİN) idi.
WediaCorp Türkiyə Silahlı Qüvvələri, Milli Müdafiə Nazirliyi, Türkiyə Turizm Agentliyi, Burger King Türkiyə və Rixos Otelləri kimi müxtəlif təşkilatlara rəsmi əməkdaşlıq çərçivəsində məzmun təhlükəsizliyi və lisenziya xidmətləri göstərir. Şirkət korporativ müştərilərə xidmət göstərməklə yanaşı, Türkiyədə və dünyada ən fəal YouTuberlərlə işləyən fərdi məzmun yaradıcılarına da dəstək verir.
WediaCorp müştərilərinə daha güvənli xidmət göstərmək üçün öz proqramçıları ilə birlikdə üç ayrı proqram təminatı həlli hazırlayıb:

  1. WediaSecurity: İnternetdə rəqəmsal məzmunu skan edən və aşkarlayan və onların silinməsi üçün lazımi prosedurları avtomatik tətbiq edən Məzmun mühafizəsi proqramıdır.
  2. Wedia SYNC: YouTube və Dailymotion-dan videoların metadataları ilə birlikdə Facebook səhifələrinə avtomatik inteqrasiyasını təmin edən proqramdır.
  3. Wediacorp Paneli: WediaCorp tərəfdaşları üçün YouTube analitik məlumatlarına tez baxmaq və ətraflı gəlir hesabatları yaratmaq üçün hazırlanmış eksklüziv platformadır.

Təcrübələrini rəqəmsal dünyada toplanmış bilikləri ilə birləşdirən WediaCorp 40 milyon abunəçisi, 45 milyard dəqiqə izləmə vaxtı və 3,7  milyard baxışı olan təsirli auditoriyaya malikdir. Bu əhəmiyyətli auditoriya ilə onlar bütün sosial media platformalarında effektiv məzmun idarəçiliyi və brend məsləhətçiliyində üstünlüyə yiyələniblər.

WEDIACORP

Biz birlikdə edirik

TƏRƏFDAŞLIQ

Qlobal Tərəfdaşlar
Meet Our Team Meet Our Team

BREND REFERANSLARI

Bizə Güvənən Brendlər

WEDIAWALL

İlhamlandırıcı sitatlar
WediaCorp YouTube-un Rəsmi Partnyorudur
Rəqəmsal dünyada baş verən son hadisələrdən xəbərdar olmaq üçün e-poçt bülletenimizə üzv ola bilərsiniz.
Rəqəmsal dünyada baş verən son hadisələrdən xəbərdar olmaq üçün e-poçt bülletenimizə üzv ola bilərsiniz.